Sosial şəbəkədə biz:

Fevral ayında ətin qiyməti cüzi ucuzlaşıb – Rəqəmlər

23 March 2018, 12:26
Gündəm
Cari ilin fevral ayında yanvar ayına nisbətən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC–a bildirilib ki, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb. Ay ərzində balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri 8,0 faiz bahalaşıb, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə dəyişməyib.