Sosial şəbəkədə biz:

Dünyada 124 milyon insan acdır

24 March 2018, 11:16
Gündəm
“Dünyada aclıqdan əziyyət çəkən insanların sayı artıb. 2017-ci ildə dünyada 124 milyon insan aclıqdan əziyyət çəkib. Bu rəqəm 2016-cı ildə 108 milyon təşkil edib”. Bunu BMT-nin Fövqəladə Hallar Yardım Koordinatoru Mark Lokok deyib. Onun sözlərinə görə, silahlı münaqişələr 18 ölkədə aclığa səbəb olub: “Onlardan 15-i Afrika və Yaxın Şərq bölgəsində yerləşir. Məhz ac xalqların üçdə ikisi münaqişə zonalarında, ac uşaqların təxminən 80 faizi və ya 155 milyonu müharibə şəraitində yaşayır”. (AzVision.az)