Sosial şəbəkədə biz:

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşəcək

24 March 2018, 13:24
Gündəm
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Martın 31-də isə Azərbaycan Müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.