Sosial şəbəkədə biz:

Ermənistan dünyanın ən bədbəxt ölkəsidir- Reytinq

25 March 2018, 15:02
Gündəm
Ermənistan dünyanın ən xoşbəxt ölkələrinin reytinqində 129-cu sırada qərarlaşıb. Trend-in məlumatına görə, 2017-ci illə müqayisədə Ermənistan bu reytinqdə 8 pillə geriləyib. Siyahı BMT-nin beynəlxalq araşdırma qrupu tərəfindən hazırlanmış "Xoşbəxtlik haqqında ümumdünya hesabatı – 2018" adlı xalqların rifahı haqqında illik sənəddə yer alıb. Araşdırmalar dünyanın 156 dövləti arasında həyat şəraiti, sosial dəstək və korrupsiya kimi göstəricilər əsasında aparılıb. Qonşu Gürcüstan reytinqdə 1 pillə yüksələrək 128-ci yeri tutur. Azərbaycan 87-ci, İran – 106, Türkiyə – 74, Rusiya isə 59-cu sıradadır.