Sosial şəbəkədə biz:

Çekistlər yenidən veloyürüşə çıxdılar - FOTO

25 March 2018, 16:48
Gündəm
Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyidir. Azinforum.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinə istinadən bildirir ki, Heydər Əliyevin 23 mart 1997-ci il tarixdə imzaladığı sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı ərəfəsində DTX-nin nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib. Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər. DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər. Qeyd edək ki, DTX-nin nəzdindəki Velosiped İdman Klubu Xidmətin əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan kütləvi maraq nəzərə alınaraq, 2017-ci il dekabrın 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib.