Sosial şəbəkədə biz:

Prezident Xarici Kəşfiyyat İdarəsinin rəisini təltif etdi –Sərəncam

26 March 2018, 17:55
Gündəm
Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb. Azinforum.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Xarici Kəşfiyyat İdarəsinin rəisi Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.