Sosial şəbəkədə biz:

Belarus Azərbaycana kartof ixracını artırmağa hazırlaşır

26 March 2018, 18:10
Gündəm
Belarus bu il Asiya ölkələri, eləcə də Azərbaycana bitkiçilik məhsullarının ixracını artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Belarusun kənd təsərrüfatı və qida nazirinin müavini Vladimir Qrakun deyib. Nazir müavininin sözlərinə görə, 2017-ci ildə Belarus 380 min ton kartof idxal edib və məhsul əsasən Rusiya, Azərbaycan və Özbəkistana satılıb. Bu il isə ölkədə kartofçuluq və tərəvəzçiliyin inkişafı proqramına əsasən bu rəqəmin artırılması planlaşdırılır.