Sosial şəbəkədə biz:

Almaniya diplomatı Azərbaycan dövlət sərhədini pozdu - QALMAQAL + FOTOLAR

27 March 2018, 09:07
Gündəm
Almaniyanın  tanınmış diplomatlarından biri sayılan, bu ölkənin Ermənistandakı keçmiş səfiri Hans Yohen Şmidt Azərbaycan sərhədlərini pozaraq işğal altındakı Xankəndinə gəlib.
Moderator.az  “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda torpaqlarımızda qondarılmış separatçı-terrorçu quruma mənsub media məlumat yayıb.
Alman diplomat Xankəndində özünü “dövlət naziri” adlandıran Araik Arutyunyan tərəfindən qəbul edilib. Sərhəd pozucusu olan qonağını salamlayan  separatçı H.Y. Şmidtə “Artsax xalqı” ilə “təmənnasız dostluğuna görə” minnətdarlığını bildirib.
Erməni separatçı ilə alman diplomat “Almaniya ilə Dağlıq Qarabağ arasında iqtisadi əlaqələrin perspektivləri”ndən danışıblar.
Ermənipərəst Almaniya diplomatı separatçı-terrorçu qurumun “Milli Məclisi”nin sədri” hesab edilən Aşot Qulyan və “xarici işlər naziri” adlanan  Masis Mailyanla da görüşüb.