Sosial şəbəkədə biz:

Milli Şuranın mitinqinə icazə verildi

28 March 2018, 21:09
Gündəm
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 31-də mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb. BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, BŞİH aksiyanın martın 31-də keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verib. Qeyd edək ki, Milli Şura martın 31-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.