“Report”un xəbərinə görə, hadisə Yardımlı rayonunun Zevin kəndində qeydə alınıb. Məlumata görə, həmin kənddə quraşdırılan “Azercell” MMC-yə məxsus transformatorda təmir işləri aparan mühəndis, 1975-ci il təvəllüdlü Quliyev Xasay Ağakərim oğlunu elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, X.Quliyev “Loginet” şirkətinin əməkdaşı olub.