Sosial şəbəkədə biz:

Sabah Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq

30 March 2018, 10:14
Gündəm
Sabah-martın 31-də Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq. "Report" xəbər verir ki, görüş Türkiyənin Giresun şəhərində keçiriləcək. Toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin və Gürcüstanın müdafiə naziri Levan İzorianın iştirakı planlaşdırılır. Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurəddin Canikli, Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hulusi Akar, Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə görüşüb.