“Uzun illərdir mülki əhalini bombalayanların, dünyanın ən əxlaqlı ordusuna əxlaq üzrə mühazirələr keçməsinə ehtiyac yoxdur” deyə Netanyahu bildirib.
“Türkiyə İsrailə əxlaq dərsi keçməsin” - İsrailin baş naziri
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza sektorunda fələstinli nümayişçilərə qarşı güc tətbiq edilməsi ilə bağlı Türkiyənin ittihamlarını rədd edib.
Azinforum.az Qafqazinfo-a istinadən xəbər verir ki, Baş Nazir Ankaranın əxlaq dərsi oxumaq hüququnun olmadığını da bəyan edib.