Sosial şəbəkədə biz:

Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq

03 April 2018, 14:26
Gündəm
Aprelin 4-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildurir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Aprelin 3-ü axşam, aprelin 4-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, aprelin 5-6-da meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir.