Nüşabə Ələsgərlinin vəziyyəti canlı yayımda niyə pisləşdi?
Əməkdar artist Nüşabə Ələsgərlinin vəziyyəti pisləşib.
Belə ki, ATV telekanalında canlı yayımlanan "BizimləSən" verilişində qəflətən sənətçinin halı pisləşib. Müğənni “öz uşaqlarım, bacım uşaqları üçün qorxdum. Mən hələ yaşamalıyam” - deyə hönkürtü ilə ağlayıb. Bir müddətdən sonra özünə gələn müğənni studiyanı tərk edib.
Nüşabə Ələsgərli AzNews.az-a açıqlamasında qəfildən təzyiqinin düşdüyünü deyib: “Bir anın içində az qala ölmüşdüm. Təzyiqim düşdü. Hazırda yaxşıyam”.