Sosial şəbəkədə biz:

Azərbaycanda hansı hallarda şəxsin məcburi əməyə cəlb edilməsi dəqiqləşir

06 April 2018, 11:21
Gündəm
Azərbaycanda şəxsin məcburi əməyə cəlb edilməsi halları müəyyənləşir. Fins.az-ın məlumatına görə, bu, yenidən hazırlanmış “Məşğulluq haqqında” qanun layihəsinin 9.2 maddəsində əks olunub.
 Maddəyə görə, aşağıdakı hallar istisna olmaqla şəxslərin məcburi əməyə cəlb edilməsinə yol verilmir:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; - hərbi xidmət zamanı; - hərbi və fövqəladə hallar zamanı.