Sosial şəbəkədə biz:

Azərbaycanda daha bir tikinti şirkətinə qarşı cinayət işi başlanıb

06 April 2018, 11:55
Gündəm
"Xudafərin" MTK-nın vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb. APA-nın xəbərinə görə, şirkətin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib.