Tramp “sıxıcıdır” deyib çıxış vərəqini havaya tulladı - Video
ABŞ prezidenti Donald Tramp toplantı zamanı hazır çıxışının mətnini havaya tullayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Trampın Qərbi Virciniyada vergi siyasətinə həsr olunan toplantıda çıxışı zamanı yaşanıb.
Bu addımını dövlət başçısı “bu, bir az sıxıcı olacaqdı” deyərək izah edib.
Dövlət başçısı “Bilirsiniz, burada mənim iradlarım olmalı idi. Bu, təxminən 2 dəqiqə vaxt aparacaqdı, lakin cəhənnəm olsun” deyərək vərəqi tullayıb.