Sosial şəbəkədə biz:

Prezident seçkiləri ilə bağlı daha bir prosedur başa çatır

07 April 2018, 10:44
Gündəm
Seçicilərə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi üçün müəyyən olunan müddət sabah başa çatır. Bu barədə aprelin 11-ə təyin edilən Azərbaycan Respublikası prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunub. Qanunvericiliyə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə 24-3 gün qalanadək seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsini verə bilər. Bu müddət isə 2018-ci il martın 18-dən aprelin 8-dək müəyyən olunub.