Sosial şəbəkədə biz:

"Qarabağ" qələbə qazandı (VİDEO)

"Qarabağ" qələbə qazandı (VİDEO)

Topaz Premyer Liqasında IV dövrəyə start verilib. Qaynarinfo xəbər verir ki, XXII turun qarşılaşmaları iki gün davam edəcək. İlk gündə iki qarşılaşma baş tutub.
Birinci oyun Gəncədə keçirilib. Çempionatın autsayderləri "Kəpəz”lə "Keşlə” xal hesablarını artırmaq üçün mübarizə apardıqları oyunda qalib müəyyənləşməyib - 1:1. Bununla da Gəncə və Bakı klublarının qələbəsiz oyunlar seriyası 4-ə çatıb.
İlk oyun günü "Qarabağ”la "Səbail” arasındakı matçla yekunlaşıb. Qurban Qurbanovun yetirmələri ardıcıl 2 heç-heçədən sonra azarkeşlərini 3 xalla sevindirib - 1:0. Matçın yeganə qoluna 31-ci dəqiqədə penaltidən Riçard Almeydaimza atıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
Premyer Liqa
XXII tur
7 aprel
Kəpəz - Keşlə 1:1
Qollar: Dario Federiko, 45  - Vaqif Cavadov, 25.
Qarabağ - Səbail 1:0
Qol: Riçard Almeyda, 31-pen.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

22

16

5

1

32:8

53

2

Qəbələ

21

12

4

5

35:21

40

3

Sumqayıt

21

10

5

6

27:22

35

4

Zirə

21

9

7

5

28:20

34

5

Neftçi

21

9

3

9

26:22

30

6

Səbail

22

5

3

14

14:31

18

7

Keşlə

22

4

6

12

19:34

18

8

Kəpəz

22

3

3

16

14:37

12

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 12.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol