Sosial şəbəkədə biz:

“Almaniyada ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur” – Hikmət Hacıyev

08 April 2018, 12:27
Gündəm
Almaniyanın Münster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Almaniya polisindən səfirliyimizə verilən məlumata görə Münster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.