Sosial şəbəkədə biz:

“Risk gözləmirik” - Maliyyə naziri

11 April 2018, 13:20
Gündəm
"Büdcə dayanıqlığının təmin edilməsi, eyni zamanda makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözləmirik". “ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, manatın məzənnəsi ilə bağlı aprelin 9-da Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tərəfindən kifayət qədər ətraflı məlumat verilib.
S.Şərifov may ayında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə məsələyə də aydınlıq gətirib . "Büdcə sistemi haqqında qanunvericilik büdcəyə yenidən baxılmasına imkan verir. Amma may ayında dövlət büdcəsinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı indidən konkret fikir söyləmək tezdir", - deyə S.Şərifov vurğulayıb.