Sosial şəbəkədə biz:

Jurnalistlər iki məntəqəyə buraxılmadı, Məzahir Pənahov etiraz etdi: "Polisin və məntəqə sədrinin belə hüququ yoxdur"

11 April 2018, 15:16
Gündəm
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 36 saylı Seçki Dairəsinin 3 və 4 saylı seçki məntəqələrinə jurnalistlərin buraxılmaması, onlardan arayış istənilməsi məsələsinə münasibət bildirib.
Məzahir Pənahovun sözlərinə görə, bununla bağlı MSK-ya müraciət daxil olmayıb: "Bu, qanuna zidd addımdır. Polisin və məntəqə sədrinin jurnalisti seçki məntəqəsinə buraxmamaq hüququ yoxdur".