Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyası keçirilir - Foto
Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyası keçirilir - Foto
11 April 2018, 21:56
Gündəm
Yerevanda Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı etiraz aksiyası keçirilir. Bu barədə Trend erməni KİV-lərinə istinadən xəbər verir.
Qeyd olunur ki, aksiya iştirakçıları Ermənistan Respublika Partiyasının (ERP) yerləşdiyi ərazidə Tiqran Mets küçəsini bağlayıblar, küçədə sıxlıq yaranıb.
Məlumata əsasən, etirazçılar Serj Sarkisyana qarşı şüarlar səsləndirir. Onlar Sarkisyanın baş nazir vəzifəsinə namizədliyi müzakirə olunacaq ERP-ın İcra orqanının iclasının keçirilməsinə mane olmağa çalışırlar.