Sosialistlər də İlham Əliyevi təbrik ediblər
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə.
Sizi, Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız və yeni müddətə Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münsaibəti ilə təbrik edir, işlərinizdə uğurlar arzulayıram.
Düşünürəm ki, yeni müddət ərzində Sizin yürütdüyünüz siyasət nəticəsində Azərbaycan dövləti, ərazi bütövlüyünün bərpa edilməsinə nail olacaq, həmçinin, Azərbaycanın sosial, iqtisadi, maliyyə, kənd təsərrüfatı, hərbi, müdafiə və digər sahələr üzrə inkişafı prosesinin həyata keçirilməsi işlərini uğurla davam etdirəcəksiniz.
Sizə, uğurlar arzulayıram.
Hörmətlə,
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov