Sosial şəbəkədə biz:

Ağsuda çörək sexi yanaraq kül oldu - Video

16 April 2018, 10:00
Gündəm
Bu gün səhər saatlarında Ağsuda mərkəzi bazarının yanında yerləşən çörəkbişirmə sexində yanğın olub. “ Azinforum.az ” xezerxeber.az-a istinadən xəbər verir ki, yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb. Xəsarət alan olmayıb. Yanğının səbəbi və sexə nə qədər maddi ziyanın dəydiyi araşdırmalardan sonra məlum olacaq.