Sosial şəbəkədə biz:

ABŞ Suriyadan 3 şərtlə çıxa bilər - Trampın planı açıqlandı

16 April 2018, 10:56
Gündəm
“Hədəf hərbi birliklərimizin evə qayıtmasıdır. Amma ABŞ Suriyadan üç məsələyə nail olmadan çıxmayacaq” AzVision.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Halley “CBS” televiziyasına açıqlamasında deyib. “Birinci kimyəvi silahdan istifadəyə icazə verə bilmərik. Bunun baş verməməsi üçün mübarizə aparacağıq. İkinci, İŞİD-in tamamilə məğlub edilməsi lazımdır. Üçüncü, İranın bölgəyə hakim olmadığından əmin olmalıyıq”, - Halley bildirib. N.Halley qeyd edib ki, ABŞ mövcud şəraitdə Suriya rejimi ilə əsla birbaşa təmas qurmayacaq.