Sosial şəbəkədə biz:

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı

17 April 2018, 17:58
Gündəm
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib. Trend-in məlumatına görə, o, səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə vəzifəsindən azad edilib. Səhiyyə Nazirliyindən Trend-ə məlumatı təsdiqləyiblər. Nazirlikdən qeyd edilib ki, hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova əvəz edir. Qeyd edək ki, L.Bayramova SN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.