Sosial şəbəkədə biz:

Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib - VİDEO

17 April 2018, 21:03
Gündəm
Türkiyənin Dənizli bölgəsində azərbaycanlı qadın qətlə yetirilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Türkay İsayeva adlı qadının meyiti yaşadığı binanın girişində tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri onun aldığı xəsarətdən öldüyünü bildiriblər. Kameralara baxış keçirilərkən kimliyi açıqlanmayan bir kişinin T.İsayevanı döydüyü müəyyən edilib. İddiaya görə, saxlanılan şəxs azərbaycanlı qadının sevgilisi olub. İsayeva iki uşaq anasıdır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.