Sosial şəbəkədə biz:

Bu gün Azərbaycan Kubokunun finalçıları bilinəcək

18 April 2018, 10:55
Gündəm
Bu gün keçiriləcək 2 oyunla ölkə kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. “Sumqayıt” klubu “Keşlə”ni qəbul edəcək. İlk görüş “Keşlə”nin qələbəsi ilə başa çatıb. Digər görüşdə isə “Neftçi” öz meydanında “Qəbələ” ilə qarşılaşacaq. İlk matçda "Neftçi" səfərdə qalib gəlib. Azərbaycan kuboku Yarımfinal, cavab oyunları 18 aprel 17:00. "Sumqayıt” - "Keşlə” “Kapital Bank Arena” İlk oyun - 0:1 20:00. “Neftçi” - "Qəbələ” Bakı. "Bakcell Arena” İlk oyun - 2:1. Qeyd edək ki, ölkə kubokunun finalı 28 mayda keçiriləcək. AzVision.az