Sosial şəbəkədə biz:

Prezident İlham Əliyev andiçmədən sonra Heydər Əliyevin məzarını ziyarət edib

18 April 2018, 12:27
Gündəm
Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib. APA-nın məlumatına görə, dövlət başçısı H. Əliyevin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib. Sonra prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoyublar.