Sosial şəbəkədə biz:

"İnanıram ki, avrokuboka vəsiqə qazanacağıq" - Araz Abdullayev

19 April 2018, 13:39
Gündəm
Kiprin "Anortosis” klubu dünən Araz Abdullayevin ad gününü qeyd edib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, aprelin 18-də 26 yaşı tamam olan millimizin üzvünün şərəfinə məşqdən öncə tort kəsilib. A.Abdullayev komanda yoldaşlarına təşəkkür edib: "Bizim çox yaxşı futbolçulardan təşkil olunmuş əla komandamız var. Çempionatın başa çatmasına 4 oyun qalıb. İnanıram ki, avrokuboka vəsiqə qazanmaq üçün yaxşı nəticə əldə edəcəyik”. Qeyd edək ki, A.Abdullayevin mövsümün sonu müqavilə ilə məxsus olduğu "Qəbələ"yə qayıdacağı iddia olunur.