Sosial şəbəkədə biz:

Yanan narkoloji dispanserin direktoru işdən çıxarıldı

19 April 2018, 16:49
Gündəm
Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov vəzifəsindən azad edilib. " Azinforum.az " Trend-ə istinadən xəbər verir ki, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumatı təsdiqləyib.
O bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib. Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.