Sosial şəbəkədə biz:

Neftçalada arvadı küsüb gedən kişi özünü bıçaqladı

20 April 2018, 10:54
Gündəm
Neftçalanın Kürqarabucaq kəndinin sakini özü-özünə bıçaq xəsarəti yetirib. Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 32 yaşlı Cahangir Əsəd oğlu Quliyev özü-özünə qarın nahiyəsindən bir bıçaq zərbəsi vurub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi deyilir. Belə ki, C.Quliyevin həyat yoldaşı 2 azyaşlı övladından birini özü ilə götürərək Lerik rayonundakı ata evinə gedib, o da buna etirazını özünü bıçaqlamaqla bildirib. Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən C.Quliyevin vəziyyəti hazırda yaxşıdır. Faktla bağlı araşdırma aparılır. Virtualaz.org *  *  *01:04 Neftçala sakini özünü bıçaqlayıb. Neftçalanın Külqarabucaq kənd sakini 1986-cı il təvəllüdlü Quliyev Cahangir Əsəd oğlu özünə iki bıçaq xəsarəti yetirib. C.Quliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. (APA)