Sosial şəbəkədə biz:

Bakı metrosunun keçidlərində də siqaret çəkilməsi qadağan edildi

20 April 2018, 16:00
Gündəm
Bakı Metropolitenində siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib. Nazirlər Kabineti bununla bağlı “Bakı Metropolitenindən istifadə Qaydaları”nda dəyişiklik edib. Qaydaya əsasən, indiyə qədər Bakı Metropolitenistansiyalarında, keçidlərində və vaqonlarda siqaret çəkmək qadağan edilib. Dəyişikliyə əsasən artıq stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağandır.