Sosial şəbəkədə biz:

“Keşlə” klubu “Zirə”ni məğlub edib

21 April 2018, 22:06
Gündəm
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIIII turu çərçivəsində “Keşlə” klubu “Zirə” ilə qarşılaşıb. Baş hakim Orxan Məmmədovun idarə etdiyi oyun “Keşlə” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra paytaxt təmsilçisi 21 xalla turnir cədvəlində altıncı pilləyə yüksəlib. “Zirə” isə 35 xalla dördüncü yerdədir. Qeyd edək ki, tura aprelin 22-də keçiriləcək “Səbail”-“Kəpəz”, “Neftçi”-“Qəbələ” və “Sumqayıt”-“Qarabağ” oyunlarından sonra yekun vurulacaq.