İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirildi
İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanı başa çatıb.
Azinforum.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 aprel 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
İmtahan təlimata uyğun olaraq kağız daşıyıcılar vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.