Yüz minlərlə erməni inqilabın qələbəsini bayram edir
Ermənistanın paytaxtı Yerevan şəhərinin Respublika meydanında və ona yaxın küçələrdə əhali Serj Sərkisyanın istefasını sevinclə qarşılayıb.
Yüz minlərlə erməni inqilabın qələbə sevincini yaşayır, rəqs edir, oxuyur və bir-birilərinə gözaydınlığı verir.
Qeyd edək ki, aprelin 13-dən Ermənistanda Serj Sərkisyanın baş nazir olmasına qarşı etiraz aksiyası başlayıb. Aprelin 17-də etirazlara baxmayaraq, parlament onun namizədliyini təsdiqləyib. Aprelin 23-də isə o, istefa verib.