Sosial şəbəkədə biz:

Prezident onları da nazir təyin etdi - Siyahı

23 April 2018, 19:29
Gündəm
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri təyin edilib:
Gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov; Mədəniyyət naziri – Əbülfəs Mürsəl oğlu Qarayev; Müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov; Səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı; Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov; Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov; Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev; Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov.