Sosial şəbəkədə biz:

Sumqayıtda Dövlət Gömrük Komitəsinin əməkdaşı qətlə yetirilib

24 April 2018, 09:34
Gündəm
Sumqayıt şəhərində qətl hadisəsi törədilib. "Report"un yerli bürosu xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib. Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya şöbəsində dünyasını dəyişib. Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.