Sosial şəbəkədə biz:

Təqaüddə olan 72 yaşlı polis seriyalı qatil çıxdı: 12 qətl, 51 zorlama və 120 soyğun

26 April 2018, 11:16
Gündəm
ABŞ-ın Kaliforniya ştatında təqaüdə çıxmış 72 yaşlı polis Cozef Ceyms Dianqelo seriyalı qatil şübhəsi ilə həbs edilib. Sabiq polis 1976-1986-cı illərdə 12 nəfərin qətli, 51 zorlama faktı və 120 soyğunda ittiham edilir. Cozefin DNK-sı bəzi cinayətlərdəki izlərlə üst-üstə düşür. Bu cinayətləri törətmiş şəxs "Golden State qatili" adını alıb, Federal Tədqiqatlar Bürosu həmin insanın tapılmasına kömək edənə 2 il əvvəl 50 min dollar mükafat vəd edib. Dianqelo 1979-cu ildə mağazalardan oğurluq ittihamına görə işdən çıxarılıb. Qızı və nəvəsi ilə yaşayan Cozef Ceymsin pul, ziynət əşyaları oğurladığı, 12-41 yaşlı qız uşaqları və qadınları öldürdüyü iddia edilir. Əgər ittihamlar sübut edilsə, Cozef Ceyms Dianqelo edam edilə bilər. (Qaynarinfo)