Sosial şəbəkədə biz:

Ağsuda şagird məktəbin bufetində qidadan zəhərlənib

26 April 2018, 12:06
Gündəm
Ağsu rayonunda məktəbdə qidadan zəhərlənmə faktı baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.