Sosial şəbəkədə biz:

Paşinyan: “Etirazlar mən baş nazir olana qədər davam edəcək”

26 April 2018, 12:10
Gündəm
Ermənistanda etiraz hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyan müvəqqəti hökumətdə baş nazir təyin edilməyənə qədər kütləvi aksiyaları davam etdirəcəyinə söz verib. Virtualaz.org xəbər verir ki, bunu o, RBK-ya müsahibəsində deyib. Daha kimisə müvəqqəti baş nazir postunda görürmü sualına Paşinyan cavab verib ki, bu məsələ dünən axşam meydanda həll olunub.