Sosial şəbəkədə biz:

Ermənistanda yeni baş nazirin seçilməsi məsələsi mayda müzakirə olunacaq

26 April 2018, 13:54
Gündəm
Ermənistanda yeni baş nazirin seçilməsi məsələsi may ayında müzakirə ediləcək. APA-nın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin sədri Ara Babloyanın bəyanatında deyilir. Qeyd edilib ki, məsələ ilə bağlı mayın 1-də xüsusi iclas keçiriləcək. Qeyd edək ki, Serj Sarkisyan baş nazir postundan və hakim Respublika Partiyasının sədrliyindən istefa verib.