Sosial şəbəkədə biz:

“Məşhur şuşalılar” sərgisi keçiriləcək - ERMƏNİ HƏYASIZLIĞI SƏRHƏD TANIMIR...

26 April 2018, 14:08
Gündəm
Separatçı ermənilər mayın 19-da - Beynəlxalq Muzeylər günü işğal altındakı Azərbaycan torpaqlarındakı bir sure muzey və təhsil ocaqlarında müxtəlif tədbirlər keçirməyi planlaşadırıb. Moderator.az “KarabakhTV”-yə istinadla yazır ki, bu haqda Xankəndindəki separatçı nəşrlər xəbər yayıb. Məlumata görə, ermənilərin xeyrinə saxtalaşdırılmış nümunələrlə dolu olan Şuşa və Laçındakı diyarşünaslıq muzeylərində də tədbirlər keçiriləcək. O cümlədən Şuşadakı muzeydə mayın 19-u saat 12.00-da “Məşhur şuşalılar” adlı sərgi də təşkil ediləcək.