Sosial şəbəkədə biz:

Sumqayıt sakini qayınanasını döyüb - FOTO

27 April 2018, 10:25
Gündəm
Sumqayıt şəhərində qayınana kürəkəni tərəfindən döyülüb. "Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayonda baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Əntiqə Nurbala qızı Orucova kürəkəni, şəhər sakini, 1975- ci il təvəllüdlü Elşən Çərkəz oğlu Babayev tərəfindən döyülüb. 57 yaşlı qadın ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.