Sosial şəbəkədə biz:

“Cənubi və Şimali Koreya liderlərinin görüşünü alqışlayırıq” – Azərbaycan XİN

27 April 2018, 17:12
Gündəm
“Biz Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası liderləri arasında baş tutmuş görüşü alqışlayırıq”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb. “Ümid edirik ki, bu görüş Koreya yarımadasında sülh, təhlükəsizlik və stabilliyin güclənməsinə töhfə verəcək”, – deyə XiN rəsmisi bildirib.