"Report"un məlumatına görə, açılış oyununda "Zirə" artıq çempionluğunu təmin etmiş "Qarabağ"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər ilk yarıda qol vura bilməyiblər. İkinci hissədə isə əvvəlcə "Qarabağ" fərqlənib. 55-ci dəqiqədə Donald Gerrye hesabı açıb. Lakin 61-ci dəqiqədə Aleksandr Dedov bərabərlik qolunu vurub. Bununla belə, uzatma dəqiqələrində Miçel qələbə topunun müəllifi olub. Bununla da "Zirə"nin qış fasiləsindən sonra qələbəsiz oyunlar seriyası 11-ə çatıb. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 35 xalla 5-ci pillədə qalıb. İlk pillədəki "Qarabağ" isə xallarını 62-yə çatdırıb.
Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Aprelin 28-də "Keşlə” "Neftçi”ni, "Qəbələ” "Kəpəz”i qəbul edəcək. Ertəsi gün isə "Sumqayıt” - "Səbail” dueli baş tutacaq. Topaz Premyer Liqası XXV tur 27 aprel 19:00. "Zirə” – "Qarabağ” - 1:2 Qollar: Aleksandr Dedov, 61 - Donald Gerye, 55. Miçel, 90+3 Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Elman Musayev, Vüqar Həsənli AFFA nümayəndəsi: Maşallah Əhmədov Hakim-inspektor: Vüsal Əliyev İlk üç dövrə - 0:0, 2:3, 0:2 Zirə İdman Kompleksinin stadionu