Prezident “ASAN” Xidmətə yeni sədr təyin etdi – SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni sədr təyin edilib.
Prezidentin sərəncamı ilə Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin olunub.