Sosial şəbəkədə biz:

“Yol xəritəsi tətbiq edilsə, YPG geri çəkiləcək” – Çavuşoğlu

27 April 2018, 23:13
Gündəm
Yol xəritəsi tətbiq olunarsa, YPG Menbiçdən geri çəkiləcək. Əks təqdirdə, biz Afrində olduğu kimi terrorçulara müdaxilə etmək məcburiyyətində qalacağıq. Axar.az xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra bildirib. “Pompeonu qətiyyətli gördüm, nə etmək lazım olduğunu danışdıq. Menbiçdə təqvimə uyğun olaraq lazım olan addımların atılması vacibdir. Menbiçdə ABŞ ilə birlikdə hərəkət edəcəyik. Menbiç modelini Suriyanın digər yerlərində, xüsusilə Fəratın şərqində həyata keçirəcəyik”, – Çavuşoğlu söyləyib.