Sosial şəbəkədə biz:

Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına verilir

28 April 2018, 11:18
Gündəm
Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyələrin ixtiyarına verilir, qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaqlar bələdiyyə mülkiyyətinə verilməsi təklif olunur. APA-nın məlumatına görə, bununla bağlı “Torpaq islahatı haqqında” qanunun 7-ci (Bələdiyyə torpaqları) maddəsinə əlavə təklif olunur. Layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə edilir. Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.